"İlin bütün fəsillərində balıq yemək olar" - Qida eksperti

"İlin bütün fəsillərində balıq yemək olar" - Qida ekspertiBalıq əti bir çox insanın sevimli qidasıdır. Sağlamlığımız üçün çox faydalı olan balığı alarkən nəyə diqqət etməliyik? Təzə balığı necə fərqləndirə bilərik?

Mövzu ilə bağlı BiG.AZ-a danışan qida eksperti Fərid Səfərov bildirib ki, balığın gözləri parlaq və xaricə şişmiş vəziyyətdədirsə, təzə, gözləri bulanıq və içəri çökmüşsə, köhnədir:
"İlin bütün fəsillərində balıq yemək olar" - Qida eksperti"Balıq əti mütəmadi olaraq yeyə biləcəyimiz ən faydalı qidalardan biridir. İmmunitetimizi qoruyur, uşaqların zəkasını və yaddaşını gücləndirir, sümükləri möhkəmləndirir, hüceyrələri bərpa edir, göz və saç sağlamlığı üçün vacibdir, hamilə qadınlar üçün isə olduqca faydalıdır.

Balıq mükəmməl protein qaynağıdır, Omega-3 yağ turşusu, A, E, D, K vitaminləri, yod, fosfor, kalsium, kalium, maqnezium, sink, natrium kimi mineral maddələrlə zəngindir.

Balıq alarkən diqqət edin:

- balığın gözləri parlaq və xaricə şişmiş vəziyyətdədirsə təzə, gözləri bulanıq və içəri çökmüşsə köhnədir.
- balığın ətini barmağınızla sıxın, əgər eyni formada qalırsa deməli, köhnədir, əvvəlki vəziyyətinə qayıdırsa hələ təzədir.
- təzə balığın qəlsəməsi qırmızı və sıx bağlı olur.
- başından tutub götürəndə quyruğu dik qalırsa təzədir.
- köhnə balığın pulcuqları əl deyəndə tökülür.
- köhnə balıqdan xoşagəlməz iy gəlir.

Saxlanma şəraiti və gigiyenik normalara əməl etməsək, balıq məhsulları olduqca təhlükəli olur, bir çox yoluxucu xəstəliklər və zəhərlənmə halları baş verə bilər.

İlin bütün fəsillərində balıq yemək olar, burada əsas məsələ, mövsümündə almaq, alarkən təzə olub-olmadığına diqqət etmək, düzgün şəkildə saxlamaq və bişirməkdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1137   Tarix: 04 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto/Video

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov: "Sözü Azərbaycan Respublikasını

16:26 212
.

Əməkdaşlıq və qarşılıqlı hörmətin yeni mərhələsi

Azərbaycanın MDB ilə əməkdaşlığı artıq üç onillikdən çox tarixə malikdir. Bu dövr ərzində ölkəmiz təşkilat çərçivəsində siyasi dialoqun davam etdirilməsində, iqtisadi əlaqələrin genişləndirilməsində və humanitar münasibətlərin inkişafında fəal iştirak edib. Azərbaycanın regional və beynəlxalq siyasətd

12:20 198
.

Bakı-Aşqabad dialoqu: Enerji, logistika və regional inteqrasiya

"Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının Məşvərət görüşündə səsləndirilən fikirlər Bakı ilə Aşqabad arasında strateji dialoqun yeni mərhələyə qədəm qoyduğunu göstərir. Siyasi-hüquqi baxımdan bu görüş tərəflərin ikitərəfli müqavilə-hüquq bazasını möhkəmləndirmək

12:55 183
.

İlham Əliyevin Türkmənistan səfəri Azərbaycanın regional strategiyasını necə dəyişir? - TƏHLİL

"Prezident İlham Əliyevin Türkmənistana səfəri ilk baxışda Azərbaycan-Türkmənistan münasibətlərinin gündəlik məsələləri ilə bağlı diplomatik təmas kimi görünə bilər. Lakin prosesə daha geniş geosiyasi prizmadan yanaşdıqda səfərin arxasında daha böyük strateji məqsədlərin dayandığı aydın görünür

15:19 152
.

"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"

"2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq". "Qafqazinfo" xəbər verir ki, bu sözlər

11:10 120
.

Azərbaycan-Türkmənistan birliyi Orta Dəhlizin imkanlarını genişləndirir

"Azərbaycan-Türkmənistan münasibətləri son dövrdə yüksələn xətlə inkişaf edir. İki ölkə arasında əlaqələr mehriban qonşuluq, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Türkmənistan Xəzər dənizinin şərqində, Azərbaycan isə qərbində yerləşməklə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm stratej

14:00 169
.

Paşinyandan Zeynəb Həsənovanın mahnısı ilə paylaşım

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan müğənnisi Zeynəb Həsənovanın mahnısının müşayiəti ilə video paylaşıb. xəbər verir ki, Paşinyan videonu özünün Telegram kanalında yayımlayıb. Kadrlarda MDB sammitində iştirak etmək üçün səfər etdiyi Türkmənistanda, musiqi sədaları altında hərəkət edə

11:07 289
.

Məktəblərdə vahid qaydalar bütün şagirdlərə bərabər tətbiq olunmalıdır

"Məktəblərdə baş örtüyü məsələsinə, ilk növbədə, dövlətçilik prinsipləri və qanunun aliliyi baxımından yanaşmaq vacibdir. Azərbaycan dünyəvi dövlətdir və dövlət təhsil müəssisələri bütün şagirdlər üçün vahid, dünyəvi və bərabərhüquqlu təhsil mühiti formalaşdırmalıdır. Məktəbli formasının tətbiqind

16:45 122
.

Təhsildə dünyəvilik və dini inanclara hörmət arasında tarazlıq qorunmalıdır

Müasir cəmiyyətdə təhsil yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların dünyagörüşünün, sosial davranışlarının və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm ictimai mühitdir. Buna görə də təhsil sistemində dünyəvilik prinsipinin qorunması, şagirdlər arasınd

16:53 107
.