ADİL NƏBİYEV: "Yol mədəniyyətinin dəyişməsi sürücülük vəsiqəsinin alınması prosesindən daha əvvəl başlamalıdır"

ADİL NƏBİYEV: "Yol mədəniyyətinin dəyişməsi sürücülük vəsiqəsinin alınması prosesindən daha əvvəl başlamalıdır"Şəhər yollarındakı sıxlıq və tıxac artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin problemin səbəbi yalnız avtomobillərin sayının çoxluğu deyil. Bəs tıxacların azalması üçün yalnız yol infrastrukturu kifayətdirmi, yoxsa yol mədəniyyətimizi də dəyişməliyik? Süni intellekt tıxac problemini həll edə bilərmi? Nəqliyyat eksperti Adil Nəbiyev BiG.AZ-a açıqlaması zamanı bir sıra suallarımızı cavablandırıb:
ADİL NƏBİYEV: "Yol mədəniyyətinin dəyişməsi sürücülük vəsiqəsinin alınması prosesindən daha əvvəl başlamalıdır""Ağıllı nəqliyyat sistemi və süni intellekt Bakı kimi əhalisi, avtomobil sayı və gündəlik səfər tələbatı yüksək olan böyük şəhərlərdə tıxacların idarə edilməsində çox ciddi imkanlar yarada bilər, lakin burada bir məsələni düzgün başa düşmək lazımdır ki, süni intellekt tıxacı bir anda aradan qaldıracaq möcüzəvi vasitə deyil, mövcud yol-nəqliyyat sisteminin daha düzgün, çevik və qabaqlayıcı şəkildə idarə olunmasına imkan verən güclü alətdir. Ənənəvi nəqliyyat idarəçiliyində çox zaman problem yarandıqdan sonra ona reaksiya verilir, ağıllı sistemin əsas üstünlüyü isə problemin yaranmasını əvvəlcədən proqnozlaşdırmaqdır. Şəhərin müxtəlif nöqtələrindəki kameralar, sensorlar, svetoforlar, ictimai nəqliyyat vasitələrinin GPS məlumatları, dayanacaqlardakı sərnişin sıxlığı, parklanma yerlərinin doluluğu, yol-nəqliyyat hadisələri, təmir işləri, hava şəraiti və digər məlumatlar vahid mərkəzdə toplanaraq süni intellekt vasitəsilə təhlil edilə bilər.

Sistem müəyyən istiqamətdə avtomobil axınının sürətlə artdığını gördükdə tıxac tam formalaşmamış svetoforların fazalarını həmin axına uyğun dəyişə, paralel küçələrdə hərəkəti optimallaşdıra, sürücüləri alternativ istiqamətlərə yönləndirə, ictimai nəqliyyatın hərəkətinə üstünlük verə və qəza və ya nasaz avtomobil nəticəsində yaranan maneəni dərhal müəyyənləşdirərək aidiyyəti xidmətlərə məlumat ötürə bilər. Hətta düzgün qurulmuş sistem əvvəlki günlərin və həftələrin statistikası, tədris müəssisələrinin və iş yerlərinin qrafiki, kütləvi tədbirlər, hava şəraiti və cari nəqliyyat axınını müqayisə etməklə yaxın 15, 30 və ya 60 dəqiqə ərzində hansı küçə və prospektlərdə sıxlığın artacağını proqnozlaşdıra bilər. Bu isə şəhərin nəqliyyatını tıxac yarandıqdan sonra deyil, tıxac yaranmamışdan əvvəl idarə etmək deməkdir".

Ekspert hesab edir ki, Bakının tıxac problemini yalnız süni intellekt və ağıllı svetoforlarla həll etmək mümkün deyil, çünki tıxacın səbəbləri daha genişdir:

"Səhər və axşam pik saatlarında çox böyük sayda insanın eyni vaxtda şəxsi avtomobillə eyni istiqamətlərə hərəkət etməsi, bəzi yol və yolayrıclarının buraxıcılıq qabiliyyətinin həmin tələbata uyğun olmaması, ikinci cərgədə dayanma, qanunsuz parklanma, yolayrıcında qarşı tərəfin bağlı olduğunu görə-görə kəsişməyə daxil olaraq digər istiqamətlərin hərəkətini bağlamaq, avtobusların ümumi avtomobil axınında qalması, qəza və nasaz avtomobillərin hərəkət zolaqlarını tutması, nizamsız yükləmə-boşaltma və digər amillər yolun real buraxıcılıq qabiliyyətini aşağı salır.

Süni intellekt mövcud yol sahəsini daha səmərəli idarə edə bilər, amma fiziki olaraq əlavə yol sahəsi yarada bilməz. Buna görə ağıllı nəqliyyat sistemi ictimai nəqliyyatın inkişafı, avtobusların hərəkət üstünlüyü, avtobus zolaqlarının düzgün təşkili, parklanmanın idarə edilməsi, yolayrıclarının optimallaşdırılması, məktəb və iş səfərlərinin pik saatlarda daha düzgün bölüşdürülməsi və sürücü intizamının gücləndirilməsi ilə paralel həyata keçirilməlidir".

A. Nəbiyev yol mədəniyyətinin formalaşmasında sürücülərin məsuliyyətindən də danışıb:

"Digər çox vacib məsələ sürücülərin yol mədəniyyətidir. Biz bəzən düşünürük ki, cərimələri artırmaqla yol mədəniyyətini avtomatik dəyişmək mümkündür, amma yol mədəniyyəti yalnız cərimə ilə formalaşmır. Əgər sürücü yalnız kamera, radar və ya yol polisi gördükdə qaydaya əməl edir, nəzarət olmayan yerdə isə eyni qaydanı pozursa, bunu yüksək yol mədəniyyəti hesab etmək olmaz. Yol mədəniyyəti insanın nəzarət olmadığı şəraitdə də piyada keçidində piyadaya yol verməsi, dönməzdən əvvəl istiqamət göstəricisini vaxtında qoşması, təhlükəsiz ara məsafəsi saxlaması, sürət rejiminə əməl etməsi, avtobusun dayanacaqdan çıxmasına süni maneə yaratmaması, xüsusi zolaqlara daxil olmaması, ikinci cərgədə avtomobil saxlayaraq bütöv bir küçənin buraxıcılıq qabiliyyətini azaltmaması və qarşısında çıxış olmadığını gördükdə svetoforun yaşıl işığı yansa belə yolayrıcına daxil olmamasıdır. Bir sürücünün qayda pozuntusu bəzən yalnız özünə deyil, arxasında hərəkət edən yüzlərlə avtomobilə və avtobusda olan minlərlə sərnişinin vaxt itkisinə səbəb ola bilər. Buna görə yol mədəniyyətinin dəyişməsi sürücülük vəsiqəsinin alınması prosesindən daha əvvəl başlamalıdır. Məktəblərdə uşaqlara yol hərəkəti təhlükəsizliyi yalnız nəzəri şəkildə deyil, praktiki formada öyrədilməli, gələcək sürücülərin hazırlığında isə avtomobili sadəcə hərəkət etdirmək deyil, təhlükəni əvvəlcədən görmək, riskləri qiymətləndirmək, digər yol hərəkəti iştirakçılarına hörmət etmək və təhlükəsiz idarəetmə vərdişləri əsas meyarlardan biri olmalıdır. Sürücü başa düşməlidir ki, yol hərəkəti qaydası onun hərəkətini məhdudlaşdırmaq üçün deyil, milyonlarla insanın eyni yol sistemindən təhlükəsiz və nizamlı istifadə etməsi üçün mövcuddur. Piyadaların təhlükəsizliyi məsələsinə də yalnız neçə piyada keçidinin çəkilməsi və ya neçə svetoforun quraşdırılması prizmasından yanaşmaq doğru deyil. Şəhərin piyada üçün təhlükəsizliyini qiymətləndirərkən əsas sual belə olmalıdır: insan yaşadığı binadan çıxaraq məktəbə, dayanacağa, metroya, iş yerinə, parka və ya mağazaya qədər təhlükəsiz, maneəsiz və rahat şəkildə gedə bilirmi? Əgər səki avtomobillərlə tutulursa, piyada hərəkət hissəsinə çıxmağa məcbur qalırsa, keçidin qarşısında avtomobil park edilərək sürücü ilə piyadanın bir-birini görməsi məhdudlaşdırılırsa, küçə zəif işıqlandırılırsa, piyada keçidinə çatmaq üçün insan təhlükəli yol hissəsindən keçməyə məcbur olursa, yaşlı insanlar, uşaqlar, əlilliyi olan şəxslər və uşaq arabası ilə hərəkət edən valideynlər üçün uyğun pandus və təhlükəsiz keçid yoxdursa, həmin ərazidə formal olaraq piyada infrastrukturu mövcud olsa belə, onu tam təhlükəsiz şəhər mühiti hesab etmək çətindir. Xüsusilə məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, metro stansiyalarının, avtobus dayanacaqlarının, parkların və iri ticarət obyektlərinin ətrafında piyadanın təhlükəsizliyi avtomobilin hərəkət sürətindən daha üstün tutulmalıdır.

Burada sürətin düzgün idarə olunması, işıqlandırılmış və görünən piyada keçidləri, təhlükəsizlik adacıqları, səkilərin fasiləsizliyi, panduslar, keçidlərə yaxın ərazilərdə görünməni məhdudlaşdıran parklanmanın qarşısının alınması və sürücünü fiziki olaraq təhlükəsiz sürət seçməyə məcbur edən küçə dizaynı mühüm əhəmiyyət daşıyır. Süni intellekt bu istiqamətdə də istifadə oluna bilər: sistem piyadaların intensiv olduğu saatları müəyyənləşdirə, svetoforun piyada fazasını real tələbata uyğun dəyişə, təhlükəli nöqtələri və təkrarlanan qayda pozuntularını müəyyənləşdirə və hətta yol-nəqliyyat hadisəsi baş vermədən əvvəl yüksək riskli əraziləri statistik məlumatlar əsasında üzə çıxara bilər".

Ekspert müasir şəhər idarəçiliyində " ağıllı şəhər" konsepsiyasının əhəmiyyətini də vurğulayıb:

"Mənim fikrimcə, gələcəyin ağıllı şəhəri sadəcə küçələrində çoxlu kamera, radar və sensor olan şəhər deyil. Ağıllı şəhər insan davranışını və mümkün səhvləri əvvəlcədən nəzərə alan, məlumat əsasında qərar verən, səhvin ağır nəticəyə çevrilməsinin qarşısını alan və piyadanı, sərnişini, velosipedçini, motosikletçini, avtobusu və avtomobil sürücüsünü vahid nəqliyyat sisteminin iştirakçıları kimi qəbul edən şəhərdir. Süni intellekt tıxacın harada yaranacağını proqnozlaşdıra, svetoforları optimallaşdıra, qəzanı daha tez aşkarlaya, ictimai nəqliyyatın hərəkətini yaxşılaşdıra və yol hərəkəti qaydalarının pozulmasını müəyyənləşdirməyə kömək edə bilər, amma texnologiya insanların davranışını və yol mədəniyyətini təkbaşına dəyişə bilməz.

Bunun üçün texnologiya, düzgün şəhər planlaşdırılması, təhlükəsiz yol infrastrukturu, güclü ictimai nəqliyyat, keyfiyyətli sürücü hazırlığı, davamlı maarifləndirmə və ardıcıl nəzarət eyni sistemin hissələri kimi işləməlidir. Ən əsası isə şəhərin nəqliyyat siyasətində məqsəd yalnız avtomobillərin bir nöqtədən digərinə daha sürətli getməsi olmamalıdır. Əsas məqsəd insanın hansı nəqliyyat vasitəsini seçməsindən asılı olmayaraq mənzil başına təhlükəsiz, rahat, əlçatan və mümkün qədər proqnozlaşdırılan vaxt ərzində çatmasını təmin etmək olmalıdır. Məhz bu yanaşma ağıllı nəqliyyat sisteminin və ümumilikdə müasir şəhər mobilliyinin əsas fəlsəfəsi olmalıdır".

Lalə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 119   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əhdiman və dostu sərbəst buraxıldı

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala

14:43 216
.

Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasəti

İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan öz təxribatlarından əl çəkmirdi. Ötən vaxtda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması, ərazilərimizin minalanmasını

11:38 166
.

Ölkəmiz İslam irsinin qorunub saxlanmasına mühüm töhfələr verir

30 illik işğal dövründə Azərbaycan torpaqlarında törədilmiş misli görünməmiş talançılıq və barbarlıq, regionun həm maddi-mədəni irsinə, həm də ekologiyasına və infrastrukturuna qarşı yönəlmiş genişmiqyaslı bir vandalizm siyasətidir. 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ild

15:12 149
.

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə

16:16 149
.

Bakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır

Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd

11:57 170
.

Türkiyədə tekstildə daralmanın mərkəzində sifariş var: PMI 44,1-ə gerilədi

Tekstildə PMI avqustda 44,1-ə geriləyərkən, yeni sifarişlər 40,5-ə düşdü. Enes Dikmen əsas riskin sifarişlərin gələcək görünürlüğündəki zəifləmə olduğunu bildirib. İstanbul Sənaye Palatasının (İSO) 2026-cı ilin avqust ayı üzrə Türkiyə Sektoral PMI məlumatları tekstil sektorunda daralmanın yenidən sürətləndiyin

17:19 113
.

Süni intellekt bazarında təhlükə siqnalı - texnologiya şirkətlərinin səhmləri kəskin düşdü

Süni intellektin inkişaf tempinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar texnologiya bazarında ciddi dalğalanmaya səbəb olub. The İndependentın məlumatına görə, AI şirkətlərinin rəhbərlərinin inkişaf tempinin yavaşladılmasına dair açıqlamalarından sonra texnologiya şirkətlərinin səhmlərində kəskin eni

16:50 149
.

Azərbaycanda idxal azalır: Xarici məhsullara tələbat zəifləyib, yoxsa yerli istehsal artır? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda idxal göstəricilərində baş verən dəyişiklik diqqət çəkir. İdxalın azalması fonunda əsas sual yaranır: bu tendensiya ölkədə xarici məhsullara tələbatın zəifləməsi ilə bağlıdır, yoxsa daxili istehsalın artması idxala olan ehtiyacı azaldır?. Digər tərəfdən, idxalın strukturunda hansı dəyişiklikləri

14:57 197
.

Məktəblərdə nəzarət boşluğu: Problem elektron siqaretdən daha böyükdür

"Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəblərindən birində çəkilən görüntülər ciddi narahatlıq yaradıb. Məktəbli formasında olan şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etməsi, qız şagirdin isə dərs zamanı sosial şəbəkədə canlı yayım açması məktəblərdə nizam-intizam və nəzarə

12:15 193
.