Bir ölkənin ümidsiz mübarizəsi: Sular yüksəlir, ada yox olur

Bir ölkənin ümidsiz mübarizəsi: Sular yüksəlir, ada yox olurSakit okeanın ortasında, xəritədə yerini tapmağın belə çətin olduğu kiçik bir ada dövləti səssizcə böyük bir yox oluşa hazırlaşır.

BiG.AZ xəbər verir ki, təxminən 11 min nəfərin yaşadığı Tuvalu dünyanın ən alçaq səviyyəli ölkələrindən biridir. Ancaq bu xüsusiyyət indi onun ən böyük zəifliyi hesab olunur.

Dəniz səviyyəsinin qalxması Tuvaluya birbaşa təhdid yaradır. Mütəxəssislərin sözlərinə görə, qarşıdakı 25 il ərzində yüksək qabarma zamanı ölkənin demək olar ki, tamamı su altında qala bilər. Bu ssenari sadəcə fəlakət deyil, həm də Tuvalunun fiziki varlığının sonu deməkdir. Bir vaxtlar mavi suları və mərcan rifləri ilə turizm cənnəti kimi təsəvvür edilən ada indi yaşanmaz hala gəlir.

Tuvalunun problemi yalnız dəniz səviyyəsinin qalxması ilə məhdudlaşmır. Okean suları adanın yeraltı şirin su ehtiyatlarını duzlandırır. Bu isə əhalini demək olar ki, tamamilə yağış suyundan asılı vəziyyətə salır. Amma iqlim böhranının başqa bir üzü olan quraqlıq yağışların miqdarını hər il azaldır.

Adanın torpaqları əkinçilik üçün əlverişli deyil. Duzlu və məsaməli torpaq əsas qida istehsalını mümkünsüz hala gətirir. Əhalinin ənənəvi qida mənbəyi olan balıqlar isə ya sayca azalır, ya da mərcanların ağarması nəticəsində yayılan mikroalg səbəbilə zəhərli olur. "Siguatera" adlı toksinlərlə bulaşmış balıqlar sağlamlıq problemlərinə yol aça bilir. Bir vaxtlar özünə yetən cəmiyyət olan Tuvalu indi idxaldan asılı vəziyyətdədir.

Dəniz səviyyəsinin qalxması təkcə ekoloji deyil, həm də ədalət məsələsidir. Tuvalunun qlobal istixana qazı emissiyalarına töhfəsi demək olar ki, yoxdur. Amma iqlim böhranından ən çox zərər çəkən ölkələrdən biridir. Buna görə də Tuvalu illərdir beynəlxalq səviyyədə iqlim ədaləti mübarizəsi aparır.

2002-ci ildə Tuvalu, Avstraliya və ABŞ kimi yüksək emissiyalı ölkələrə qarşı hüquqi addımlar atmaqla hədələyib, həmçinin Kyoto protokolunun davamı sayılan Doha dəyişikliyi üçün mübarizə aparıb. 2021-ci ildə isə Antigua və Barbuda ilə birlikdə BMT-yə müraciət edərək, iqlim dəyişikliyinin beynəlxalq hüquq çərçivəsində qiymətləndirilməsini təmin edəcək COSIS adlı komissiyanın yaradılmasına öncülük edib. Bu təşəbbüs iki il sonra Beynəlxalq Dəniz Hüququ Məhkəməsində açılan işlə reallığa çevrildi.

Ölkə bir tərəfdən beynəlxalq arenada mübarizə apararkən, digər tərəfdən daxildə də həll yolları axtarır. Paytaxt Funafutidə sahil xətləri möhkəmləndirilib, torpaq bərpa işləri ilə ərazi bir metr qaldırılıb. Amma bu tədbirlərin məhdud təsirli olduğu da aydındır. Köç artıq real mövzuya çevrilib. Avstraliyanın təqdim etdiyi "iqlim vizası" proqramına böyük maraq göstərilir, əhalinin yarısından çoxu buna üz tutub. Buna baxmayaraq, hakimiyyət orqanları köçün yalnız "son çarə" olduğunu bildirir.

Bütün bu təhdidlərə qarşı Tuvalu təslim olmaq əvəzinə fərqli yol seçib. 2022-ci ildə o vaxtkı xarici işlər naziri Saymon Kofe ölkənin rəqəmsal olaraq yenidən qurulacağını açıqlayıb. Məqsəd, fiziki olaraq yox olsa da, Tuvalunun suverenliyini, mədəniyyətini və kimliyini rəqəmsal mühitdə yaşatmaqdır. Ölkənin bütün adalarının üçölçülü modelləri hazırlanıb, konstitusiyası yenilənib və sərhədlərinin rəqəmsal olaraq daimi olduğu elan olunub. Mahnılar, nağıllar və rəqslər belə rəqəmsal arxivlərdə qorunur.

Bu rəqəmsal dönüşüm bir çox texniki çətinliklərlə üzləşir. Ölkənin əsas gəlir mənbələrindən biri olan ".tv" domen adı icarəsi sayəsində ildə təxminən 10 milyon dollar əldə olunsa da, hələ də fiber internet infrastrukturu yoxdur. Mobil cihazlarla video izləmək çətindir, peyk interneti isə çox bahalıdır.

Tuvalu yalnız sahillərini deyil, həm də gələcəyini müdafiə etməyə çalışır. Onun fiziki varlığı təhlükə altında ola bilər, amma səsini duyurmaqda israrlıdır. Sular Tuvalunu udsa belə, rəqəmsal yaddaşı ilə dünyaya "biz var idik və buradayıq" deməyə davam edəcək.(qafqazinfo)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1182   Tarix: 04 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çox ac olanda nə yeməli? Narahatlıq yaradan 7 qida

Güclü aclıq zamanı insan çox vaxt qarşısına çıxan ilk qidanı yeməyə üstünlük verir. Lakin bəzi məhsullar uzun müddət tox saxlamır, digərləri isə həssas mədəsi olanlarda köp, qıcqırma və narahatlıq yarada bilir. xarici mediaya istinadən acqarına qəbul edərkən diqqətli olmaq lazım gələn yeddi qida və içk

15.10.2026 411
.

Jurnalistlərin IX qurultayında Prezident İlham Əliyevə müraciət ünvanlanıb

Bu gün Mətbuat Şurasının IX qurultayı keçirilir. xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqlənib. Qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətini

11:30 184
.

Türkiyədə Azərbaycana qarşı çıxanlar kimlərdir? - AÇIQLAMA

Azərbaycanla Türkiyə arasındakı münasibətlər ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji müttəfiqliyə əsaslansa da, son günlər Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən fikirlər və diplomatik nümayəndəliklərimiz qarşısında keçirilən aksiyalar iki ölkə arasındakı münasibətləri

11:00 205
.

Bakının bu rayonunda 30 bina söküləcək

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". "Qafqazinfo" -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, sökünt

15:46 50
.

Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu

Jurnalist Səidə Bəkirqızın xüsusi ittiham qaydasında şikayəti əsasında Sevinc Bağman qızı Hüseynova barəsində ittiham hökmü çıxarılıb. Məhkəmə onu həm böhtan, həm də təhqir cinayətini törətməkdə təqsirli bilib. Bu barədə Səidə Bəkirqızının hüquqlarını müdafiə edən vəkil Yaqub Nəcəflidən aldığımız məlumat

14:00 225
.

Uşaqlar siyasi oyunların aləti deyil - Azərbaycan öz gələcəyini qoruyur!

Bir ölkənin gələcəyini müəyyən edən ən böyük sərvət onun uşaqlarıdır. Onların aldığı təhsil, qazandığı biliklər və formalaşan dünyagörüşü sabahın cəmiyyətini yaradır. Buna görə də uşaqların təhsil mühitinə müdaxilə etmək, onların inamından və həssaslığından sui-istifadə etmək təkcə ailəyə deyil, bütövlükd

11:24 169
.

Yevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 23-cü ildönümünə həsr olunmuş "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətini

10:14 263
.

Azərbaycanın məktəbi dünyəvidir - heç kim uşaqların taleyi ilə oynaya bilməz!

Dünyəvi məktəb müasir dövlətin təməl sütunlarından biridir. O, uşaqlara yalnız oxumağı və yazmağı deyil, həm də düşünməyi, sual verməyi, araşdırmağı və həqiqəti dəlillər əsasında müəyyənləşdirməyi öyrədir. Azərbaycan məktəbinin gücü də məhz bu prinsiplərdə, elmi biliklərə, hüquqa və bərabər imkanlar

11:12 175
.

"Məktəbli forması vahid təhsil mühitinin qorunmasına xidmət edir" - RƏY

"Məktəbli forması bütün dünyada qəbul olunmuş bir yanaşmadır. Müxtəlif ölkələrin özünəməxsus məktəbli geyim forması və bu sahədə müəyyən etdiyi qaydalar var. Şagirdlərin vahid forma ilə məktəbə gəlməsi təhsil müəssisələrində ümumi nizamın qorunmasına, vahid təhsil mühitinin formalaşmasına və məktəblilə

14:31 123
.