Təhsil haqqı və ailə büdcəsi: rəqəmlərin görünməyən tərəfi
"Nazirin "Azərbaycanda təhsil haqları dünya ilə müqayisədə aşağıdır" fikri ilk baxışdan statistik müqayisə kimi görünsə də, sosial-iqtisadi reallıqlar nəzərə alınmadıqda bu yanaşma obyektiv mənzərəni tam əks etdirmir. Beynəlxalq təcrübəyə istinad edilərkən yalnız təhsil haqlarının nominal məbləği deyil, həmin ölkələrdəki orta əməkhaqqı, alıcılıq qabiliyyəti və ailələrin maliyyə imkanları da müqayisə edilməlidir".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.
O, qeyd edib ki, inkişaf etmiş ölkələrin bir çoxunda universitet ödənişləri yüksək olsa da, vətəndaşların gəlirləri, sosial təminat mexanizmləri, təqaüd proqramları və maliyyə dəstəyi imkanları bu yükü əhəmiyyətli dərəcədə azaldır. Azərbaycanda isə təhsil haqqı bir çox ailələr üçün ciddi maliyyə yükü olaraq qalır və bəzi hallarda ailənin illik gəlirinin mühüm hissəsini təşkil edir:
"Gəlir səviyyələri arasındakı fərqi nəzərə almadan təhsil haqlarını dünya standartları ilə müqayisə etmək cəmiyyətdə haqlı narazılıq yarada bilər. Çünki sosial dövlət prinsipinə əsaslanan yanaşmada təhsil yalnız xidmət deyil, həm də ölkənin gələcəyinə yönəlmiş strateji investisiya hesab olunur. Bu baxımdan təhsilin əlçatanlığı dövlət siyasətinin əsas prioritetlərindən biri olmalıdır.
Digər tərəfdən, təhsil haqlarının səviyyəsi ilə təhsilin keyfiyyəti arasında da balans qorunmalıdır. Tələbələr və valideynlər yüksək ödəniş müqabilində müasir infrastruktur, beynəlxalq standartlara uyğun tədris metodları və rəqabətqabiliyyətli təhsil mühiti gözləyirlər. Bu gözləntilər qarşılanmadıqda qiymət artımları ilə bağlı müzakirələr daha da aktuallaşır.
Tələbə təhsil kreditləri müəyyən mənada çıxış yolu hesab edilsə də, onlar problemi kökündən həll etmir. Kredit mexanizmi təhsil almaq imkanını genişləndirsə də, məzunların uzun illər maliyyə öhdəliyi daşımasına səbəb olur. Buna görə də təhsil siyasətində əsas diqqət yalnız maliyyələşdirmə modellərinə deyil, eyni zamanda təqaüd proqramlarının genişləndirilməsinə, sosial dəstək mexanizmlərinin gücləndirilməsinə və təhsilin daha əlçatan olmasına yönəldilməlidir.
Bu baxımdan təhsil haqları ilə bağlı müzakirələr aparılarkən təkcə beynəlxalq rəqəmlərə deyil, ölkənin iqtisadi reallıqlarına, əhalinin gəlir səviyyəsinə və sosial rifah göstəricilərinə də diqqət yetirilməsi vacibdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 124 Tarix: 25 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Arzum 999" ləqəbli blogerin məhkəməsi təxirə salındı
Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 99" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi məhkəməsi keçirilib. -a istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə tiktokerin vəkilləri Hikmət Əliyev və Fərid Həsənov gəlmədiy
13:15 214 Azərbaycan XİN zəlzələ ilə bağlı Venesuelaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi zəlzələ ilə bağlı Venesuelaya başsağlığı verib. APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında bildirilib. "Venesuelada baş vermiş, çoxsaylı insan itkisinə və genişmiqyaslı dağıntılara səbəb olmuş dağıdıcı zəlzələ xəbəri bizi dərində
15:15 95 İsrail və Livan ABŞ rəsmisinin IDF-in Livanın cənubundan geri çəkildiyi iddiasını təkzib edib
İsrail ordusunun (IDF) Livanın cənubunda təhlükəsizlik zonasının bir hissəsindən çıxması ilə bağlı xəbərlər təkzib edilib. "Reuters"in xəbərinə görə, İsrail və Livan rəsmiləri bu xəbərin doğru olmadığını bildiriblər. Qeyd edək ki, bundan əvvəl anonim ABŞ rəsmisi "Reuters"ə verdiy
15:45 62 Makron: Fransa Rusiyanın "kölgə donanması"na məxsus tankeri saxlayıb
Fransa Hərbi Dəniz Qüvvələri (HDQ) Siciliya sahillərində "Deliver" neft tankerini saxlayıb. "Report" xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində bildirib. "Milli donanma çərşənbə axşamı Siciliya yaxınlığından dəniz qaydaların
16:15 1 Maliyyə sabitliyinizin təminatçısı - Qanun Mühasibatlıq Xidmətləri
Müasir biznes mühitində düzgün təşkil olunmuş mühasibat uçotu və maliyyə idarəçiliyi şirkətin uğurlu fəaliyyətinin əsas şərtlərindən biridir. Vergi qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi, hesabatların vaxtında hazırlanması və maliyyə sənədlərinin dəqiq aparılması sahibkarlardan hə
14:19 128 Cənubi Osetiya lideri vəzifəsini tərk etdi
Cənubi Osetiyanın lideri Alan Qaqloyev vəzifəsindən istefa verib və Rusiya Prezidenti Vladimir Putinin təklifini qəbul edərək onun müşaviri vəzifəsinə keçib. xəbər verir ki, bu barədə "Res" xəbər agentliyi Telegram kanalında məlumat yayıb. "Dünən Prezident Vladimir Putinlə görüşdüm v
11:16 298 Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir
Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Toxumçuluq sahəsində fəaliyyət göstərən toxu
11:00 316 Kəşfiyyat məlumatları Ukraynanın hücumlarında mühüm rol oynayıb
ABŞ Ukrayna ilə kəşfiyyat məlumatları paylaşaraq Kiyevin Moskva da daxil olmaqla Rusiyanın müxtəlif bölgələrinə endirdiyi zərbələrdə dolayı və ya birbaşa rol oynamış ola bilər. xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb. Nəşrin məlumatına görə, Avropa liderləri də bu prosesə müəyyən mənad
10:48 289 "Enerji Ramştaynı" iclasından sonra Ukraynaya ən azı 375 milyon avro ayrılacaq
Ukraynanın tərəfdaşları Polşanın Qdansk şəhərində keçirilən "Enerji Ramştaynı" iclasının yekunlarına əsasən, ölkənin enerji infrastrukturunun bərpasına ən azı 375 milyon avro yönəltmək qərarına gəliblər. "Report" xəbər verir ki, bu barədə Ukraynanın birinci Baş nazirinin birinci müavin
14:30 119