B12, dəmir və zülal: Ətdən imtina edənləri gözləyən risklər
"Tək bir qida məhsulu ətin bütün qida dəyərini və bioloji üstünlüklərini tam şəkildə əvəz edə bilmir. Ət yüksək keyfiyyətli zülal mənbəyi hesab olunur və orqanizmin normal fəaliyyəti üçün vacib olan bütün əvəzolunmaz amin turşularını özündə ehtiva edir".
Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib.
O, qeyd edib ki, zülallar amin turşularından ibarətdir və insan orqanizmi onların 20 növündən istifadə edir. Bu amin turşularının 9-u əvəzolunmaz sayılır. Yəni orqanizm onları özü istehsal edə bilmir və mütləq qida vasitəsilə qəbul etməlidir. Heyvan mənşəli məhsullar adətən bu amin turşularının hamısını kifayət qədər miqdarda ehtiva etdiyi halda, bitki mənşəli zülallarda bəzi amin turşuları çatışmaya bilər. Buna görə də ət istehlakını azaltmaq və ya tamamilə dayandırmaq istəyən şəxslər qida müxtəlifliyinə xüsusi diqqət yetirməlidirlər:
"Bu baxımdan ən praktik yanaşmalardan biri paxlalıları taxıllarla birlikdə istehlak etməkdir. Mərci ilə düyü, noxudla bulqur və ya lobya ilə tam taxıllı məhsulların birlikdə qəbulu daha balanslı amin turşusu tərkibi yaradır və zülalın bioloji dəyərini artırır.
Bitki mənşəli qidalarla bağlı nəzərə alınmalı digər vacib məqam dəmirdir. Bitki mənşəli dəmirin mənimsənilməsi heyvan mənşəli dəmirlə müqayisədə daha zəif olur. Buna görə də paxlalı yeməklərlə birlikdə C vitamini ilə zəngin məhsulların - limon, pomidor, bibər və müxtəlif göyərtilərin istifadəsi dəmirin sorulmasını artırmağa kömək edir.
Ət istehlak etməyən insanlarda ən çox rast gəlinən risklərdən biri B12 vitamini çatışmazlığıdır. Bu vitamin bitki mənşəli qidalarda demək olar ki, mövcud deyil. Uzun müddət heyvan mənşəli məhsullardan uzaq duran şəxslərdə B12 çatışmazlığı, eləcə də dəmir və sink səviyyələrinin azalması müşahidə oluna bilər. Nəticədə yorğunluq, halsızlıq, saç tökülməsi və anemiya kimi problemlər yarana bilər.
Göbələk dad və tekstura baxımından əti xatırlatdığı üçün tez-tez alternativ kimi təqdim olunur. Lakin qida dəyəri baxımından ətlə müqayisə edilə bilməz. Göbələyin zülal tərkibi ətdən xeyli aşağıdır. Buna görə onu tam zülal mənbəyi deyil, yeməyin dadını və həcmini artıran köməkçi komponent kimi qiymətləndirmək daha doğru olar.
Bitki mənşəli alternativlər arasında mərci, noxud, lobya və xüsusilə soya daha əlverişli seçimlər hesab olunur. Paxlalılar zülalla yanaşı, lif, maqnezium və digər faydalı maddələrlə də zəngindir. Soya isə bitki mənşəli qidalar arasında bütün əvəzolunmaz amin turşularını ehtiva edən nadir tam zülal mənbələrindən biridir.
Bununla belə, əsas məsələ təkcə ətin rasiondan çıxarılması deyil, balanslı qidalanmanın təmin edilməsidir. Xüsusilə hamilə qadınlarda, inkişaf dövründə olan uşaqlarda və yaşlı insanlarda heyvan mənşəli zülalların məhdudlaşdırılması daha diqqətli yanaşma tələb edir. Belə hallarda qidalanma planı fərdi xüsusiyyətlər nəzərə alınmaqla qurulmalı, zərurət yarandıqda laborator analizlər və mütəxəssis məsləhəti əsasında qərar verilməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 682 Tarix: 25 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər
İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını
30.09.2026 232 Tualet kağızı vanna otağında saxlanılmamalıdır: bilirdinizmi, hara qoymaq lazımdır?
Tualet kağızı ehtiyatını hamam otağında saxlamaq rahat görünsə də, yüksək rütubət rulonların keyfiyyətini poza bilər. Kağız havadakı nəmi asanlıqla özünə çəkdiyindən onun saxlanıldığı yerə diqqət yetirmək lazımdır. xarici mediaya istinadla xəbər verir ki, duş qəbul edərkən və ya isti vannadan istifad
30.09.2026 227 Polşada ABŞ-nin daimi hərbi bazası yaradılacaq
ABŞ-nin milli təhlükəsizlik strategiyasına Polşada daimi hərbi bazanın yaradılması daxil edilib. BİG.AZ xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış mətbuat konfransında bildirib. O qeyd edib ki, ABŞ-nin yeni strategiyasında əsas məqamlardan biri məhz Polşada amerikalı hərbçilə
30.09.2026 211 Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət
10:24 126 Bu məşhurların narkotik testinin nəticələri açıqlandı
Bakırköy Respublika Baş Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik istintaqında yeni nəticələr açıqlanıb. BİG.AZ xəbər verir ki, istintaq çərçivəsində Afra Saraçoğlu, Aras Bulut İynemli və Yağız Sabuncuoğlunun testlərinin nəticələri bəlli olub. Afranın analizlərinin cavabı müsbət çıxıb. Onda
30.09.2026 326 Niyə yadplanetlilər Yerə hücum etmir?
Kainatda milyardlarla ulduz və planet varsa, niyə indiyədək başqa sivilizasiyaların izinə rast gəlməmişik? Alimlər Fermi paradoksu kimi tanınan bu suala yeni izah təklif ediblər. Yaxınlıqdakı planetlərdə həyat olsa belə, mürəkkəb canlıların yaranması üçün lazım olan enerji kifayət etməyə bilər. xaric
30.09.2026 239 Zelenski cəbhə xəttinə getdi
Ukrayna Prezidenti Vladimir Zelenski hazırda şiddətli döyüşlərin getdiyi Liman istiqamətinə gedib. BİG.AZ xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında məlumat yayıb. Məlumata görə, cəbhə xəttinə onunla birlikdə müdafiə naziri Yevgeni Xmara, Ukrayna Silahlı Qüvvələrinin komandanı Mixai
30.09.2026 236 Futbol klubunun prezidenti başından güllələndi
"Botev" futbol klubunun prezidenti və sahibi İliyan Filipov Plovdivdə güllələnib. xarici KİV-ə istinadla bildirir ki, mənbənin məlumatına görə, qətl dünən gecə yerli vaxtla saat 01 radələrində baş verib. Nəqliyyat və tikinti biznesi ilə də məşğul olan 53 yaşlı iş adamı başından aldığı güll
30.09.2026 229 Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik
"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb
30.09.2026 284