Bakı-Qazax yolunda yük avtomobilinin törətdiyi dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Bakı-Qazax yolunda yük avtomobilinin törətdiyi dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİİyunun 25-də saat 07 radələrində Bakı-Qazax avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində əcnəbi vətəndaşın idarə etdiyi MAN markalı yük avtomobili qarşıda gedən - Mehman İbrahimovun idarə etdiyi VAZ markalı avtomobillə toqquşub. Zərbənin təsirindən M.İbrahimov idarəetməni itirərək yolun hərəkət hissəsindən çıxıb.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, həmin avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində isə Vahid Allahverdiyevin idarə etdiyi "KamAZ" markalı qoşqulu yük avtomobili yoldan çıxaraq su kanalına aşıb:

"Xoşbəxtlikdən insan itkisinin qeydə alınmadığı sözügedən yol-nəqliyyat hadisələrinin baş vermə səbəbləri içərisində sürücülərin diqqətinin yoldan yayınması ehtimalı yüksəkdir.

Belə ki, bu xüsusda aparılan təhlillərə görə eyni istiqamətdə, eyni zolaqda hərəkət edən nəqliyyat vasitələrinin toqquşması və ya avtomobilin heç bir əsaslı səbəb olmadan yolun hərəkət hissəsindən kənara çıxması sürücülərin yorğun, yuxusuz, yaxud idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə aludə olması faktı ilə birbaşa bağlıdır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları avtomobil idarə edərəkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırır.

Dəyərli sürücülərimiz, hər birimiz qəzanın bir anda baş verdiyinin fərqindəyik. Lakin unutmayaq ki, həmin zaman kəsiyinin boşluğuna yuvarlanmamaq üçün sükan arxasında ayıq-sayıq olmaq mühüm şərtdir!"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 146   Tarix: 26 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı-Qazax yolunda yük avtomobilinin törətdiyi dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

İyunun 25-də saat 07 radələrində Bakı-Qazax avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində əcnəbi vətəndaşın idarə etdiyi MAN markalı yük avtomobili qarşıda gedən - Mehman İbrahimovun idarə etdiyi VAZ markalı avtomobillə toqquşub. Zərbənin təsirindən M.İbrahimov idarəetməni itirərək yolu

14:00 121
.

Xarici İşlər Nazirliyi Merzin Ukrayna ilə bağlı təklifinə cavab verib

"Almaniya kansleri Fridrix Merzin Ukraynadakı münaqişənin dondurulmasının zəruriliyi barədə verdiyi açıqlam və Moskvanın danışıqlara başlamağa çağırışı böhranın diplomatik həllinə kömək etmir. Bunlar Ukrayna tərəfinin Almaniya kabinetinin rəhbərinin təkrarladığı rəvayətlərdir". xəbər veri

25.06.2026 263
.

Tətildə "rəqəmsal detoks": Psixoloqdan vacib xəbərdarlıq

"Tətil müddətində rəqəmsal gigiyena qaydalarına əməl etmək peşəkar və emosional tükənmə təhlükəsini minimuma endirməyə kömək edir". xəbər verir ki, bu barədə rusiyalı psixoloq Pavel Javnerov NSN-ə müsahibəsində bildirib. Mütəxəssis qeyd edib ki, əgər istirahət edən şəxs hər bir iş mesajında

14:45 59
.

Rubio: ABŞ İranla razılaşma istəyir, lakin istənilən şərtlərlə deyil

ABŞ administrasiyası İranla konstruktiv dialoqun qurulmasına və bir sıra razılaşmaların əldə edilməsinə ümid edir. xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Bəhreyndə keçirilən və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin iştirak etdiyi çoxtərəfli görüşd

25.06.2026 228
.

Noyer dünya çempionatlarında Maradonanı geridə qoydu

Almaniya millisinin qapıçısı Manuel Noyer futbol üzrə dünya çempionatlarında keçirdiyi oyunların sayına görə Argentina əfsanəsi Dieqo Maradonanı geridə qoyub. xəbər verir ki, Noyer Ekvadorla qrup mərhələsinin II tur oyununda start heyətində meydana çıxmaqla mundiallarda 22-ci matçını keçirib. Beləliklə

13:00 138
.

Rusiya bu ölkəyə dron satdı

Rusiyanın Kalaşnikov şirkəti Hindistana mülki təyinatlı "Karakurt" PUA-larının tədarükünə başlayacaq. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, şirkət Hindistan tərəfdaşı ilə kopter tipli "Karakurt" PUA-larının tədarükünə dair müqavilə imzalayıb. Sənəd Hindistand

25.06.2026 247
.

Tramp və SEPAH hədələyir: Hörmüz düyünü

Hörmüz boğazı məsələsində ABŞ və İran arasında ciddi fikir ayrılığı ilə yanaşı, gərginlik də yaşanır. xəbər verir ki, dünən SEPAH bununla bağlı açıqlama yayıb. Hərbi birlik bəyan edib ki, Hörmüz boğazından keçən yeni marşrut İranla koordinasiya olmadan təhlükəlidir. "Məyyən edilmiş tələblərə cava

25.06.2026 248
.

Naxçıvan, Gəncə və Sumqayıtda Azərbaycan Ordusunun 108 illiyi münasibətilə hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərində də hərbçilərin yürüşü keçirilib. "Report"a istinadla xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları tərəfindən keçirilən yürüş Naxçıvan şəhərinin Dilqəm Pişəvər

13:45 118
.

Dağıstanda yanacaq satışı məhdudlaşdırıldı

Rusiyanın Dağıstan Respublikasında yanacaq satışı ilə bağlı məhdudiyyət tətbiq edilib. xəbər verir ki, bu barədə Dağıstanın Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, bölgədə bir nəfərə 20 litr benzin və 50 litr dizel satılmasına limit qoyulub. Bildirilib ki, bu addım mövcud yanacaq ehtiyatlarını

25.06.2026 281
.

TOP MP3