Kosmosun sərhədində yaranan gümüşü buludların sirri açıldı
Parlayan solğun-mavi zolaqlar şəklində qeyri-adi görünüşü ilə diqqət çəkən gümüşü buludlar atmosferin təxminən 80 kilometr hündürlüyündə - Yerin atmosferi ilə kosmosun sərhədində əmələ gəlir.
Oxu.Az xəbər verir ki, bu barədə Rg.ru nəşri məlumat dərc edib.
Məlumata görə, bu buludlar meteor tozunun ən xırda hissəciklərinə yapışan mikroskopik buz kristallarından ibarətdir. Gümüşü buludlar atmosferin yuxarı qatlarında, temperaturun bəzən -120°C-yədək düşdüyü ərazilərdə yaranır. Bu hadisə yay aylarında, yer səthindən isti havanın güclü axınlarla yuxarı qatlara çatması zamanı baş verir; qışda isə belə şərait yaranmır.
Gümüşü buludların əsasını təşkil edən mikroskopik nəm hissəcikləri metandan əmələ gəlir. Bataqlıqlar, çəltik sahələri və zibil poliqonları tərəfindən ayrılan bu qaz atmosferin yuxarı qatlarına - on kilometrlərlə yüksəkliyə qalxır. Atmosferin seyrək və soyuq qatlarında Günəşin ultrabənövşəyi şüalarının təsiri ilə parçalanan metan su buxarını yaradır.
Perm Politexnik Universitetinin astronomiya üzrə eksperti Yevgeni Burmistrov qeyd edir: "Gümüşü buludlar atmosferdəki metan səviyyəsinin göstəricisi hesab olunur". Qeyd edək ki, son 150 il ərzində atmosferdə metanın miqdarı artıb, buna görə də gümüşü buludlar daha tez-tez müşahidə olunur və daha parlaq işıq saçır.
Maraqlıdır ki, metan Yer səthində istiliyi saxladığı üçün "istixana qazı" hesab olunsa da, yuxarı atmosferdə əks-təsir göstərir. O, istilik radiasiyasının kosmosa sürətlə çıxmasını asanlaşdıraraq havanı soyudur. Beləliklə, metan həm nəm və buz kristallarını təmin edir, həm də onların əmələ gəlməsi üçün zəruri olan soyuqluğu yaradır.
Gümüşü buludlardakı buz kristalları insan saçından təxminən min dəfə nazik olduğu üçün günəş şüaları düşəndə "Reley" səpilməsi baş verir. Yəni mikrokristallar mavi və göy şüaları digərlərinə nisbətən daha çox sındırır və nəticədə buludlar xarakterik mavi-gümüşü çalar alır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 108 Tarix: 26 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev 9 fərman imzaladı
Prezident İlham Əliyev "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 414-VIIQD nömrəli Qanununu
25.06.2026 740 Televiziyada da müzakirə olunan evlilik FIRILDAĞI: azərbaycanlı qadın həbs olundu
Türkiyənin Çanaqqala vilayətində azərbaycanlı qadın evlilik vədi ilə kişinin pullarını ələ keçirib. -ın yerli mediaya istinadla məlumatına görə, istintaq nəticəsində müəyyən edilib ki, hətta televiziya proqramlarından birində də müzakirə olunan bu hadisədə özünü L.A. kimi təqdim edən şəxs əslində Azərbayca
11:30 223 ABŞ siyasi sığınacaq almaq üçün müraciətlərin qəbulunu tamamilə dayandırır
ABŞ siyasi sığınacaq almaq üçün müraciət edən xarici vətəndaşların qəbulunu demək olar ki, tamamilə dayandırır. TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev aparat rəhbərinin müavini Stiven Miller bəyan edib. "ABŞ-nin qapıları sığınacaq axtaran şəxslər üçün tamamilə bağlıdır. Əgər siz sığınaca
16:15 54 Dağıstanda yanacaq satışı məhdudlaşdırıldı
Rusiyanın Dağıstan Respublikasında yanacaq satışı ilə bağlı məhdudiyyət tətbiq edilib. xəbər verir ki, bu barədə Dağıstanın Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, bölgədə bir nəfərə 20 litr benzin və 50 litr dizel satılmasına limit qoyulub. Bildirilib ki, bu addım mövcud yanacaq ehtiyatlarını
25.06.2026 287 Milli Məclisin iclasının tarixi və gündəliyi açıqlanıb
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının tarixi və gündəliyi açıqlanıb. xəbər verir ki, iyunun 30-da keçiriləcək iclasın gündəliyinə 14 məsələnin müzakirəsi daxil edilib. Məsələlər aşağıdakılardır:. 1. "Metrik Konvensiya"ya qoşulmaq haqqında Azərbaycan Respublikası qanununu
25.06.2026 273 Alimlər kökün ömrü uzatdığını sübut etdilər
Kökün qida liflərinin tərkibindəki polifenollar insan ömrünün uzanmasına kömək edə və yaşa bağlı dəyişiklikləri ləngidə bilər. xəbər verir ki, bu qənaətə tədqiqatın nəticələrini "Food & Function" jurnalında dərc edən alimlər gəliblər. Təcrübələr qocalma proseslərinin öyrənilməsi üçün ə
12:45 182 Azərbaycan-Ukrayna əməkdaşlığının mövcud gündəliyi müzakirə edilib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşada keçirilən Ukraynanın Bərpası Konfransı çərçivəsində Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba ilə görüşüb. APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı Azərbaycan-Ukrayna əməkdaşlığının mövcud gündəliy
25.06.2026 249 Venesuelada zəlzələ nəticəsində ÖLƏNLƏRİN SAYI ARTDI
Venesuelada baş verən güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 235 nəfərə çatıb. 4.3 mindən artıq insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. xəbər verir ki, bu rəqəmləri ölkənin səhiyyə naziri Karlos Alvarado "Venezolana de Television" dövlət televiziyasının canlı yayımınd
14:30 153 Azərbaycan Ordusu: Uzaqgörən siyasətdən tarixi Zəfərə
"Müstəqillik əldə etdikdən sonra Azərbaycanda həyata keçirilən ordu quruculuğu prosesi özünəməxsus inkişaf yolu keçərək ölkənin dövlətçilik tarixində mühüm mərhələyə çevrilib. Bu prosesin təməli hələ Ulu Öndər Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə qoyulmuşdu. Azərbaycan hələ SSRİ-ni
11:49 177