Bakıda taksi qiymətləri niyə artır? Problemi tarifdə yox, xərclərdə axtarmaq lazımdır

Bakıda taksi qiymətləri niyə artır? Problemi tarifdə yox, xərclərdə axtarmaq lazımdır"Bakıda son günlər taksi qiymətlərində müşahidə olunan kəskin artımı yalnız tıxac, yanacaq və digər xərclərlə izah etmək düzgün deyil. Bunlar artıq nəticələrdir. Biz çox vaxt, həmişəki kimi, nəticənin üzərində baş sındırırıq, amma nəticəni yaradan səbəbləri kifayət qədər araşdırmırıq. İqtisadiyyatda əsas məsələ yalnız nəticə ilə deyil, həmin nəticəni formalaşdıran mexanizmlərlə işləməkdir".

Bunu BiG.AZ-a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib.

O, qeyd edib ki, xərclərin və maya dəyərinin yüksək olması da özlüyündə ilkin səbəb deyil, müəyyən iqtisadi proseslərin nəticəsidir. Yekun məhsul və xidmətin bahalaşması isə həmin prosesin başqa bir nəticəsidir. Ona görə də ilk növbədə bu xərclərin niyə yüksəldiyini və hansı struktur amillərin onları formalaşdırdığını araşdırmaq lazımdır:

"Azərbaycanda ümumilikdə belə bir paradoksla qarşılaşırıq: sahibkarın istehsal etdiyi məhsulu və ya göstərdiyi xidməti həm ucuz, həm də yüksək keyfiyyətli təqdim etməsi çox vaxt çətinləşir. Bu, hər zaman sahibkarın yüksək mənfəət əldə etmək istəyindən irəli gəlmir. İstehsal, logistika, icarə, enerji, maliyyələşmə, vergi, əməkhaqqı, idxal, ehtiyat hissələri və digər xərclərin yüksək olması son nəticədə maya dəyərini artırır.

Taksi xidməti də bundan istisna deyil. Taksi şirkətinin və ya fərdi sürücünün real xərcləri var və həmin xərcləri nəzərə almadan problemin həllinə yanaşmaq mümkün deyil.

Əslində, hamımız bunun daha dərin səbəblərini bilirik. Söhbət uzun müddət tətbiq olunan və artıq əvvəlki kimi effekt verməyən iqtisadi yanaşmaların yaratdığı struktur problemlərdən gedir. Artıq ayrı-ayrı problemlərə deyil, bütövlükdə iqtisadi proseslərə kompleks yanaşmağın vaxtıdır. Çünki bu problemlər bir-biri ilə zəncirvari şəkildə əlaqəlidir.

Məsələn, ehtiyat hissələrinin ölkəyə gətirilməsindən tutmuş logistika, gömrük xərcləri, maliyyələşmə, vergi və digər ödənişlərə qədər çoxsaylı amillər sahibkarın ümumi xərc yükünü formalaşdırır və nəticədə məhsul və xidmətlərin maya dəyərini yüksəldir.

Amma digər tərəfdən, yüksək xərclərin mövcudluğu hər qiymət artımını avtomatik əsaslandırmır. Məhz burada iqtisadi siyasətin əsas sualı ortaya çıxır: sahibkarın xərclərini niyə yüksək saxlayırıq?

Əgər bir xidmətin maya dəyəri yüksəkdirsə, biz yalnız son qiyməti müzakirə etməməli, həmin maya dəyərini formalaşdıran bütün komponentləri araşdırmalıyıq. Yanacaq, avtomobilin alınması və amortizasiyası, ehtiyat hissələri, texniki xidmət, sığorta, əməkhaqqı, vergilər, sosial ödənişlər, icazələr, platforma komissiyaları və maliyyə xərcləri bir-birinin üzərinə gəldikdə xidmətin maya dəyəri təbii olaraq yüksəlir.

Rəqəmlərə baxanda da məsələ daha aydın görünür. 2026-cı ilin yanvar-iyulunda orta aylıq nominal əməkhaqqı illik 7,2 faiz, istehlak qiymətləri isə 5,7 faiz artıb. Aİ-92 benzinin qiyməti 4,5 faiz, dizel yanacağının qiyməti isə 10 faiz yüksəlib. Bu göstəricilər taksi fəaliyyətinin ayrı-ayrı xərclərinə təsir edir. Lakin həmin artımların heç biri özlüyündə bəzi marşrutlarda taksi tariflərinin 50-100 faiz yüksəlməsini izah etmir.

Ehtiyat hissələri, texniki xidmət, amortizasiya və sığorta üzrə də müəyyən dəyişikliklər ola bilər. Lakin məhz taksi fəaliyyəti üzrə bu xərc komponentlərinin son bir ildə ümumilikdə neçə faiz artdığını göstərən vahid rəsmi statistika açıqlanmayıb.

Ona görə də hökumətin aidiyyəti qurumları konkret olaraq taksi xidmətinin real maya dəyərinin son bir ildə nə qədər dəyişdiyini açıqlamalıdır. Bunun neçə faizi yanacağın, əməkhaqqının, ehtiyat hissələrinin, texniki xidmətin, sığortanın, vergilərin, icazə və digər ödənişlərin hesabına formalaşıb?

Bu məlumatlar olmadan "xərclər artıb" ifadəsi ilə bəzi hallarda iki dəfəyə yaxın tarif artımını əsaslandırmaq kifayət deyil. Eyni zamanda, sahibkarın xərclərinin yüksək olduğunu qəbul ediriksə, dövlət siyasətinin məqsədi yalnız son qiyməti aşağı salmaq deyil, sahibkarın maya dəyərini azaltmaq üçün şərait yaratmaq olmalıdır.

Burada daha böyük iqtisadi problem də var. Biz sahibkardan eyni zamanda həm ucuz qiymət, həm yüksək keyfiyyət, həm yüksək əməkhaqqı, həm yüksək vergi və sosial ödəniş, həm də bahalı logistika və maliyyələşmə şəraitində fəaliyyət göstərməsini gözləyə bilmərik. Bu komponentlərin hamısı yüksək olduqda, son məhsulun və xidmətin ucuz olması iqtisadi baxımdan çətinləşir.

Ona görə qiymət artımını yalnız sahibkarın üzərinə qoymaq da düzgün deyil. Rəqabətli və səmərəli iqtisadi mühit yaratmaq üçün xərclərin özünü aşağı salan mexanizmlər qurulmalıdır.

Taksi bazarında da dövlətin vəzifəsi qiyməti inzibati qaydada müəyyənləşdirmək deyil. AYNA-nın məlumatına görə, tariflər bazar prinsipləri əsasında formalaşır. Lakin bazar prinsipi həm də şəffaf rəqabət və ədalətli qiymət formalaşması deməkdir.

Xüsusilə dərs ilinin başlaması ilə tələbin artacağı nəzərə alınaraq, pik saatlarda qiymətlərin hansı prinsiplə yüksəldiyi, dinamik tariflərin nə dərəcədə əsaslandırıldığı və platformaların komissiya siyasətinin qiymətə təsiri də araşdırılmalıdır.

Əslində, biz taksi qiymətini yox, taksi qiymətini formalaşdıran iqtisadi mühiti müzakirə etməliyik. Əgər sahibkarın xərclərini aşağı sala bilmiriksə, ondan davamlı olaraq daha ucuz xidmət tələb etmək mümkün deyil.

Nəticə ilə mübarizə aparmaq əvəzinə səbəblərə baxmalıyıq: maya dəyəri niyə yüksəkdir, biznesin hansı xərcləri onu bahalaşdırır və həmin xərcləri necə aşağı sala bilərik? Bu suallara cavab vermədən yalnız taksi tarifini müzakirə etmək problemin özünü deyil, onun nəticəsini müzakirə etməkdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 202   Tarix: 15 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyandan rus dili ilə bağlı gözlənilməz açıqlama

Ermənistanın Baş naziri Nikol Paşinyan əlavə olaraq rus dili kurslarına qatılır. xəbər verir ki, Sputnik Armenia-nın məlumatına görə, o, bunu hökumətin iclasında ixtisaslarını artıran məmurlar üçün bonusların müzakirəsi zamanı açıqlayıb. "Niyə yalnız ingilis dili? Məsələn, mən hazırda Dövlət İdarəçili

11:48 172
.

İlham Əliyev Orta Dəhlizi "Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə bağlayan etibarlı və təhlükəsiz marşrut" kimi xarakterizə edib

"Avropa ilə Asiyanı birləşdirən geniş coğrafiyada yerləşən Türk Dövlətləri Təşkilatına üzv ölkələr üçün nəqliyyat və enerji bağlantılarının inkişafı yeni iqtisadi imkanlarla yanaşı, uzunmüddətli strateji əhəmiyyət daşıyır. Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Türkiyəni

11:23 174
.

"Orta Dəhlizin ötürücülük qabiliyyəti və logistik rəqabət qabiliyyəti əhəmiyyətli dərəcədə artırmışdır" - BƏHRUZ MƏHƏRRƏMOV

"Türk Dövlətləri Təşkilatının təkamül dinamikası müasir beynəlxalq münasibətlər sistemində regional inteqrasiya modellərinin yenidən formalaşmasının və güclənməsinin bariz nümayişidir. Təşkilatın bugünkü geostrateji çəkisi və beynəlxalq arenadakı mövqeyi bilavasitə Azərbaycan Respublikasının Prezident

10:26 234
.

DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video

Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən antiterror və əməliyyat-axtarış tədbirləri zamanı AR və xarici ölkə vətəndaşlarının gizli təşkilatlanma, terrorçuluğa hazırlıq və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayət əməlləri aşkar edilib. "Qafqazinfo"

10:30 154
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

10:45 166
.

Sağlam qidalanmanın əsas qaydası: Mövsümi məhsullar niyə vacibdir?

"Mövsümi qidalanma orqanizmin ilin müxtəlif dövrlərində dəyişən ehtiyaclarına uyğun qida seçimlərini nəzərdə tutur. Əsas prinsip mümkün qədər mövsümündə yetişən, təzə və müxtəlif məhsullara üstünlük verməkdir. Belə qidalanma rasionun çeşidliliyini artırmaqla yanaşı, təzə meyvə və tərəvəzlərin dah

11:59 166
.

"Aşk-ı Memnu"nun aktrisası vəfat etdi

Türkiyəli aktrisa Gülsen Tuncer vəfat edib. Axşam.az xəbər verir ki, 81 yaşlı aktrisa beyin xərçəngindən əziyyət çəkirdi. Qeyd edək ki, G.Tuncer tamaşaçılara "Aşk-ı Memnu" serialında canlandırdığı "Arsen Ziyagil" obrazı ilə tanışdır

10:38 208
.

Rusiya-Ukrayna müharibəsində gərginlik artır: qarşılıqlı zərbələr davam edir

Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hava hücumları və diplomatik səylər fonunda gərginlik davam edir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Rusiya gecə saatlarında Ukraynanın müxtəlif bölgələrinə dron və raket zərbələri endirib. Kiyev və ətraf ərazilərə hücumlar nəticəsində azı 19 nəfərin, o cümlədə

16:08 121
.

Nəzakət Teymurova qızının çalışdığı işdən danışdı

Xalq artisti Nəzakət Teymurova qızı Nigarla bağlı sualları cavablandırıb. Axşam.az xəbər verir ki, xanəndə "Qonaqcanlı" proqramına açıqlamasında övladının musiqi ilə həvəskar şəkildə məşğul olduğunu, əsas fəaliyyətinin isə başqa sahə ilə bağlı olduğunu bildirib. "Qızımın səsi var, şeir

16:16 94
.