İnternetin qiyməti artırılır: Bərbad xidmət fonunda bahalaşma nə dərəcədə düzgündür? - İQTİSADÇIDAN AÇIQLAMA

İnternetin qiyməti artırılır: Bərbad xidmət fonunda bahalaşma nə dərəcədə düzgündür? - İQTİSADÇIDAN AÇIQLAMAAzərbaycanda sabit internet tarifləri ilə bağlı yeni dəyişiklik internet istifadəçilərinin xərclərini yenidən gündəmə gətirib. Oktyabrın 1-dən qiyməti 18 manat və ya daha aşağı olan sabit genişzolaqlı internet tariflərinin minimum 25 manata çatdırılması nəzərdə tutulur. Bildirilir ki, dəyişiklik tariflərin vahidləşdirilməsi və telekommunikasiya infrastrukturunun inkişafı məqsədi daşıyır. Beləliklə, xüsusilə aşağı tariflə internet xidmətindən istifadə edən abonentlərin aylıq xərcləri artacaq. Bu isə xidmətin keyfiyyəti, internet sürəti və abonentlərin aldığı xidmətin qiymətə adekvat olub-olmaması məsələsini də ön plana çıxarır.

Azərbaycanda internet istifadəçilərinin zaman-zaman sürət, kəsilmə və xidmət keyfiyyəti ilə bağlı narazılıqları da nəzərə alınaraq, xidmətin keyfiyyəti yüksəlmədən tariflərin artırılmasının nə dərəcədə əsaslı olduğu sualı yaranır. 2024-cü ildə Bakı Araşdırmalar İnstitutunun apardığı araşdırmada da internet xidmətinin keyfiyyəti, fasiləsizlik və qiymətlərin əlçatanlığı ilə bağlı problemlər araşdırılıb. Bəs xidmətin keyfiyyəti ilə bağlı problemlər tam həll edilmədən internet tariflərinin artırılması nə dərəcədə düzgündür? Qiymət artımı abonentlərə hansı əlavə imkanları verməlidir?
İnternetin qiyməti artırılır: Bərbad xidmət fonunda bahalaşma nə dərəcədə düzgündür? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, oktyabrın 1-dən Azərbaycanda 18 manat və daha aşağı qiymətə təklif olunan sabit genişzolaqlı internet tariflərinin minimum 25 manata qaldırılması əslində sadəcə tariflərin vahidləşdirilməsi deyil, bazarın aşağı qiymət seqmentinin inzibati qaydada bağlanması deməkdir. Çünki indiyədək 18 manat və daha aşağı qiymətə xidmət göstərən provayderlər bundan sonra qiymət rəqabəti aparmaq imkanından məhrum olacaqlar. Onun sözlərinə görə, nəticədə istehlakçı üçün seçim azalır, amma onun ödəyəcəyi məbləğ artır: "Burada ən ciddi sual budur: əgər bir provayder 18 manatlıq tariflə müəyyən sürət və keyfiyyətdə internet xidmətini göstərə bilirsə, həmin xidmətin qiymətinin niyə məhz 25 manata çatdırılması tələb olunur? Əgər məqsəd keyfiyyətin yüksəldilməsi və infrastrukturun inkişafıdırsa, bunun konkret iqtisadi hesablaması açıqlanmalıdır. 25 manat hansı xərc əsasında müəyyənləşdirilib? Provayderlərin real maya dəyəri nə qədərdir? Tarif artımından əldə olunacaq əlavə gəlirin hansı hissəsi şəbəkənin yenilənməsinə yönəldiləcək və buna necə nəzarət olunacaq? Bu suallara aydın cavab verilmədən "infrastrukturun inkişafı" arqumenti daha çox qiymət artımını əsaslandıran ümumi ifadə təsiri bağışlayır.

Ən problemli məqam isə odur ki, burada bazarın qiyməti deyil, bazarın minimum qiyməti inzibati qərarla müəyyən edilir. Bu, qiymət rəqabətinin ən mühüm elementlərindən birini zəiflədir. Halbuki rəqabətin mahiyyəti ondan ibarətdir ki, daha səmərəli işləyən şirkət daha aşağı qiymət təklif etməklə istehlakçı qazanır. İndi isə daha səmərəli provayderin aşağı qiymət üstünlüyü faktiki olaraq əlindən alınır.

Bu qərarın yükünü ilk növbədə gəliri aşağı olan ailələr hiss edəcək. 18 manat ödəyən abonentin aylıq xərci 25 manata qalxırsa, bu, 7 manat və ya təxminən 39 faiz artım deməkdir. 15 manatlıq tarifdən 25 manata keçid isə 10 manat, yəni təxminən 67 faiz bahalaşma deməkdir. Ölkədə hətta, 10 manatlıq paketlər belə mövcuddur və onlarda qiymət artımı 150% təşkil edir. Ayrı-ayrılıqda bu məbləğlər böyük görünməyə bilər, amma kommunal və rabitə xərclərinin yığıldığı ailə büdcəsində belə artımlar əhəmiyyətlidir. Xüsusilə də internet artıq lüks deyil, təhsil, iş, bank əməliyyatları və dövlət xidmətlərinə çıxış üçün zəruri xidmətə çevrilib.

Daha bir risk kiçik və regional provayderlərlə bağlıdır. Böyük operatorların maliyyə və infrastruktur imkanları ilə kiçik provayderlərin imkanları eyni deyil. Kiçik şirkət bazara daha aşağı qiymət və çevik xidmətlə daxil ola bilirdisə, bu imkanın inzibati minimumla məhdudlaşdırılması bazarda iri oyunçuların mövqeyini gücləndirə bilər. Yəni qərar rəqabəti artırmaq əvəzinə, əksinə, bazarın konsentrasiyasını sürətləndirmək riski yaradır.

"Ucuz tarif keyfiyyətsiz xidmət yaradır" arqumenti də avtomatik qəbul edilə bilməz. Əgər konkret provayderin xidmət keyfiyyəti aşağıdırsa, bunun həlli minimum qiymət müəyyənləşdirmək yox, minimum keyfiyyət standartlarını sərtləşdirmək və həmin standartlara real nəzarət etməkdir. Dövlət qiyməti deyil, istehlakçının aldığı xidmətin keyfiyyətini tənzimləməlidir. İnternetin sürəti, kəsintilərin sayı, texniki xidmətin operativliyi və müqavilə şərtlərinin şəffaflığı ölçülə və nəzarətdə saxlanıla bilər.

Əgər məqsəd həqiqətən infrastrukturun inkişafıdırsa, bunun alternativ mexanizmləri də var: investisiya təşviqləri, regionlara yönəlik dövlət dəstəyi, infrastruktur xərclərinin optimallaşdırılması və rəqabətli bazarın qorunması. Bütün abonentləri eyni minimum qiymətə məcbur etmək isə ən sadə, amma istehlakçı üçün ən ağır mexanizmlərdən biridir.
Üstəlik, mobil internetin bu dəyişiklikdən kənarda qalması da göstərir ki, söhbət bütün internet xidmətlərinin eyni iqtisadi şərtlərə gətirilməsindən getmir. Əsas yük məhz sabit internet istifadəçilərinin üzərinə düşür. Halbuki yüksək sürətli sabit internet xüsusilə evdən işləyənlər, tələbələr və çoxsaylı istifadəçisi olan ailələr üçün əvəzolunmaz xidmətdir.
Bu səbəbdən 25 manatlıq minimum tarifin tətbiqi ictimai maraq baxımından ciddi əsaslandırma tələb edir. Əgər dövlət bazarda aşağı qiymətli tarifləri qadağan edirsə, bunun qarşılığında istehlakçıya hansı əlavə faydanın veriləcəyi də göstərilməlidir. Sadəcə "vahidləşdirmə" və "infrastrukturun inkişafı" deməklə abonentin niyə 18 manat əvəzinə 25 manat ödəməli olduğu izah olunmur.

Əksinə, belə bir qərar istehlakçıda haqlı olaraq belə təsəvvür yarada bilər ki, bazarda rəqabət yolu ilə formalaşan aşağı qiymətlər inzibati müdaxilə ilə yuxarı çəkilir. Əgər qiymət artımının iqtisadi əsaslandırılması, provayderlərin xərcləri və əldə ediləcək əlavə gəlirin hara yönəldiləcəyi şəffaf şəkildə açıqlanmasa, bu addımın "infrastrukturun inkişafı"ndan daha çox abonentlərin xərclərinin artırılması kimi qəbul edilməsi təbiidir. Məsələn, 10, 12, 15 və 18 manatlıq tariflərin hər birinin eyni sayda abonenti olduğunu fərz etsək, orta tarif 13,75 manatdan 25 manata yüksələr və bahalaşma təxminən 81,8% olar".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 873   Tarix: 17 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.